Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronanın orqanizmə şok təsirləri: Ağciyərdə, ürəkdə...

Koronanın orqanizmə şok təsirləri: Ağciyərdə, ürəkdə...

Tarix: 7 Fevral 2021 13:33

Mütəxəssislər COVID-19 üzərində araşdırmalarını davam etdirirlər. Maraqlıdır, bədənimiz bu virusa yoluxmazdan əvvəl buna hazır olurmu? Yoluxan xəstələrin orqanizminə hansı ziyanları olur?

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, aparılan tədqiqatlara görə, virus daxili orqanları zədələməklə yanaşı, damarlara da ziyan vura bilir. COVID-19 infeksiyası damar quruluşunda çox ciddi fəsadlara səbəb ola biləcək virusdur. Bədənə girdikdən sonra, xüsusilə də ağciyərdə, ürək damarlarında, böyrək damarlarında və aylar sonra da bədənin ümumi damar quruluşunda ciddi ziyana səbəb ola bilər. Bu ziyanların qarşısını almaq üçün pandemiya dövründə pəhriz və yuxu rejiminə diqqət etmək lazımdır.

Nəzərə aldıqda ki, virus sürətli şəkildə yayılır, profilaktik tədbir olaraq bədənin virusa qarşı müqavimətinin olub-olmamasını yoxlamaq üçün həkim müayinəsindən keçmək lazımdır. Mütəxəssislərin fikrincə, bu müayinə bədənin damar quruluşu, vitamin səviyyələri, qan parametrləri, böyrək funksiyaları, xüsusilə astma xəstələrinin xəstəliyə yoluxmadan əvvəl virusa müqavimət göstərə biləcəyini öyrənmək üçün tövsiyə olunur.


Etiketlər:  Koronanın orqanizmə şok təsirləri Ağciyərdə ürəkdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ