Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 23:14
"Beşiktaş" Türkiyə Superliqasında növbəti oyununa çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında "Konyaspor"la qarşılaşıb. "Qara-qartallar" matçın 21-ci dəqiqəsindən azlıqda qalmasına baxmayaraq, 81-ci dəqiqədə qol vuraraq 1:0 hesablı qələbə qazanıb.
"Beşiktaş" - "Konyaspor" - 1:0
Qol: Rosyer, 81
Qırmızı vərəqə: Fabrike Nskala, 21 ("Beşiktaş")
Bu qələbə ilə xallarını 48-ə çatdıran "Beşiktaş" 2-ci pilləyə yüksəlib. Lider "Qalatasaray" və 3-cü pillədə olan "Fənərbaxça"nın da 48 xalı var.