Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2025 10:50
İspaniya La Liqasının Mətbuat Xidməti ölkə çempionatının 10-cu turunda baş tutacaq möhtəşəm "El-Klasiko" qarşılaşmasını qeyri-adi şəkildə təqdim edib.
Sonxeber.net xəbər verir ki, "Real Madrid" və "Barselona" arasında oyun 26 oktyabr, bazar günü Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Liqa rəhbərliyi matçı "Marvel" üslubunda hazırlanmış posterlə elan edib. Afişada hücumçular Kilian Mbappe və Lamin Yamal komiks qəhrəmanları Halk və Dəmir Adam ilə birgə animasiya tərzində təsvir olunublar.
Xatırladaq ki, hazırda La Liqanın turnir cədvəlində "Real Madrid" 9 oyundan topladığı 24 xalla liderdir, "Barselona" isə 22 xalla ikinci pillədə qərarlaşıb.
Tural