Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2025 11:14
Naməlum şəxslər ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, hazırda tanınmış ekspert, analitik və televiziya aparıcısı Şakil O'Nilın avtomobilini oğurlayıblar.
Sonxeber.net xəbər verir ki, "Range Rover" markalı avtomobil Atlantadan Luizianaya daşınarkən oğurlanıb.
Mövcud məlumata görə, nəqliyyat vasitəsinin təxmini dəyəri 180.000 dollardır. Oğruların nəqliyyat vasitəsinin daşınması ilə məşğul olan şirkətin veb saytını sındıraraq daşınma məlumatlarını dəyişdikləri güman edilir. /oxu.az