Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 12:20
Tanınmış türk rejissoru Onur Ünlü və aktrisa Hazar Ergüçlü arasında olan eşq macərası uzun illərdir davam edir.
Sonxeber.net open.az-a istinadla xəbər verir ki, aralarında olan 18 yaş fərq ilə, sevgilidən çox, "ata və qızı" xatırladaq cütlük, evlənməsələr də ayrıla da bilmirlər.
Hazırda "Alev Alev" serialında "Çiçək" obrazını canlandıran Hazar Ergüçlünün serialdan olan üzü sarğılı fotosunu paylaşan Onur Ünlü, "Kosmosdakıların ən gözəli", "Kosmosdakı (Uzay) ən gözəl qadın" ifadələrini yazaraq, sevgisini bir daha sözlərlə dilə gətirib.
Qeyd edək ki, aralarında olan yaş fəqrinə görə türk maqazin mediasında tez-tez gündəm olan məşhur cütlüyün münasibətləri çoxları üçün sevgidən çox, bağlılıq kimi ifadə edilir.