Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - FOTO

Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - FOTO

Tarix: 8 Fevral 2021 12:36

Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonların kəsişməsində avtomobil yolunda "lyuk"a basdırılan şam ağacının görüntüləri yayılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, fotodan da görünür ki, avtomobillərin sıx hərəkət etdiyi dairəyə sancılan ağac gediş-gəliş üçün təhlükə yaradır. Ağacın hansı məqsədlə əraziyə qoyulduğu məlum deyil.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan ağacın ərazidə hansı şəraitdə basdırıldığını bilmədiklərini açıqladılar. Qeyd edildi ki, ərazidən keçən kanalizasiya xəttində ötən gün qəza baş verib. Təmir işlərindən sonra problem aradan qaldırılıb:

"Dünən qeyd olunan ərazidə kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Fotonun nə zaman və hansı şəraitdə çəkilməsi ilə bağlı məlumatımız yoxdur, lakin hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur".


Etiketlər:  Sumqayıtda yoldakı lyuka şam ağacı basdırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ