Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''iPhone12'' ürək xəstələri üçün risklidir - XƏBƏRDARLIQ

''iPhone12'' ürək xəstələri üçün risklidir - XƏBƏRDARLIQ

Tarix: 8 Fevral 2021 15:54

Elmi araşdırmalar nəticəsində "iPhone 12"nin ürəyə yerləşdirilmiş tibbi dəstək cihazlarına mənfi təsir göstərdiyini aşkarlayıb. "Apple" da bu araşdırmanı paylaşdıqdan sonra rəsmi saytında istifadəçilər üçün xəbərdarlıq məktubu yerləşdirib.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, xəbərdarlıqda kardiostimulyatordan istifadə edən şəxslərdən "iPhone 12" modellərini və "MagSafe" cihazlarını ondan ən az 15,5 santimetr aralı tutmaları istənilib.

Ehtimala görə, problemin səbəbi "iPhone 12s"dəki ən yeni xüsusiyyətlərdən biridir. MagSafe adlanan və güclü maqnitlə telefona qoşulan şarj alətinin ürəkdəki tibbi dəstək cihazlarına mənfi təsir göstərdiyi bildirilir.

Henry Ford Ürək-Damar İnstitutunun kardioloqları tərəfindən aparılan araşdırmada, "iPhone 12"də batareya və şarj cihazının yaratdığı elektromaqnit sahələrinin kardiostimulyatorun işinə xələl gətirdiyi aydın olub. Xüsusilə də köynək cibində "iPhone 12" gəzdirməyin ciddi risk olduğu qeyd edilib.


Etiketlər:  iPhone12 ürək xəstələri üçün risklidir XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ