Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Latviyada ümumi ölüm hallarının 10 faizindən çoxu COVID-19-un payına düşür

Latviyada ümumi ölüm hallarının 10 faizindən çoxu COVID-19-un payına düşür

Tarix: 8 Fevral 2021 20:52

Latviyada ötən ilin dekabrın əvvəlindən carı ilin yanvarın 17-dək COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı hər həftə ölkədə qeydə alınan ümumi ölüm hallarından ən az 10 faiz çox olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən ilin 7-13 dekabr tarixlərinin əhatə etdiyi həftə ərzində COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı ölkə üzrə ümumi ölüm hallarının 12,3 faizini, 14-20 dekabr tarixlərinin təsadüf etdiyi həftədə 12,4 faizini, 21-27 dekabr tarixi müddətində 14,7 faizini, 28 dekabr − 3 yanvar tarixi aralığında isə 16,3 faizini təşkil edib.

Qeyd edilib ki, carı ilin 4-10 yanvar tarixlərinin əhatə etdiyi həftədə dünyasını dəyişən COVID-19 xəstələri ölkə üzrə ölüm hallarının 20,2 faizini, 11-17 yanvar tarixləri aralığında isə 15,8 faizini təşkil edib.


Etiketlər:  Latviyada ümumi ölüm hallarının faizindən çoxu COVID payına düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ