Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 10:14
ABŞ Konqresinin Senatı namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülmüş Denis Makdonounu veteranların işləri üzrə nazir vəzifəsinə təsdiqləyib.
"Qafqazinfo" "TASS"a istinadən xəbər verir ki, onun təyin olunmasına 87 senator səs verib, 7-si isə əleyhinə çıxıb.
Yaxın günlərdə 51 yaşlı Makdonou and içəcək.
Daha əvvəl o, ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın administrasiyasında Ağ Ev əməkdaşları aparatının rəhbəri vəzifəsində çalışıb. Makdonou, həmçinin Obamanın milli təhlükəsizlik üzrə köməkçisinin müavini olub.
Veteranların İşləri üzrə Nazirlik ABŞ-da Müdafiə Nazirliyindən sonra ikinci ən böyük hökumət qurumudur.