Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2019 18:52
Bakı. Trend:
İyulun 21-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında 1/64 final mərhələsində üçüncü dövrənin görüşləri başa çatıb.
Trend-in məlumatına görə, altı kortda paralel keçən qarşılaşmalarda slovakiyalı İrina Balus litvalı Patrisiya Paukstiteni 2:0 (6:4, 6:2) hesabı ilə məğlub edib. Sloveniya təmsilçisi May Premzl litvalı Edas Butvilası 2:0 (7:5, 6:3), ispaniyalı Daniel Merida isə yunan Mitsakos Teodorosu eyni hesabla (7:5, 6:1) məğlubiyyətə uğradıblar. Digər görüşlərdə Mika Brunold (İsveçrə) kosovolu Fresk Silhasini üzərində qələbə qazanıb - 2:0 (6:1, 6:1). Bosniya və Herseqovina təmsilçisi Andrey Nediç albaniyalı Skerdi Hasana 2:0 (6:3, 6:1), estoniyalı Erko Niqula belaruslu Artur Yurkeviçə 2:1 (3:6, 6:3, (10:6) hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin