Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 19:06
"Napoli" bu ay Cennaro Qattuzonu baş məşqçi vəzifəsindən azad edə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb. Bildirilib ki, klub prezidenti Aurelio De Laurentiis 43 yaşlı mütəxəssisin gələcəyinə "Atalanta" (İtaliya Kubokunda) və "Yuventus" (A Seriyasında ) ilə oyunların nəticələrinə əsasən qərar verəcək.
Nəticələr qənaətbəxş olmayacağı təqdirdə, Qattuzo böyük ehtimalla istefaya göndəriləcək və onun yerinə klubda çalışmış Rafael Benites və ya Valter Madzarri dəvət edilə bilər.
Bundan əvvəl De Laurentiis və Qattuzo arasındakı münasibətlərin kəskinləşdiyi məlum olmuşdu.
Qeyd edək ki, "Atalanta" - "Napoli" oyunu 10 fevral, "Napoli" - "Yuventus" matçı isə 13 fevralda keçiriləcək.