Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 10:21
“Counterpoint Technology Market Research” analitiklərinin proqnozuna görə, 2020-dən 2025-ci ilədək elektron “SİM” kartla (eSİM) təchiz edilmiş qurğuların qlobal tədarük həcmi 6 milyardı ötəcək, sözügedən texnologiyanın rahatlıq və təhlükəsizlik kimi üstünlükləri bunu təmin edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “eSİM” texnologiyası smartfondakı xüsusi çipə bir neçə rabitə operatorunun profilini yükləməyə imkan verir və abunəçi onlar arasında asanlıqla keçid edə bilər. Beləliklə, uzaq məsafədən profili yükləmək imkanı fiziki SİM kart satın almaq ehtiyacını aradan qaldıracaq.
“Counterpoint Technology Market Research”ün böyük analitiki Karan Dasaor bildirib ki, “Apple” şirkəti öz telefonlarında “eSİM” texnologiyasını artıq iki ildir tətbiq edir. “Android” qurğu istehsalçıları arasında “Google” və “Samsung” şirkətləri “eSİM” texnologiyasının aktiv irəliləyişi ilə məşğul olur.
Emil Hüseynov