Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 14:28
DÇ-2022-nin seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan matçının yeri açıqlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu gün bu barədə UEFA-dan AFFA-ya rəsmi məktub daxil olub.
Martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Avstriyanın Vyana şəhərində təşkil olunaq. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.
Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.