Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''un ən yaxşı oyunçusu Merih oldu

''Yuventus''un ən yaxşı oyunçusu Merih oldu

Tarix: 10 Fevral 2021 18:20

İtaliya kubokunun yarımfinal mərhələsinin "Yuventus" - "İnter" matçının (0:0) ən yaxşı futbolçusu bəlli olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "La Gazetta dello Sport" ve "Corriere dello Sport" nəşrlərinin qiymətləndirməsinə əsasən, Turin klubunun türk əsilli müdafiəçisi Merih Demiral görüşün ən yaxşı oyunçusu seçilib. Türkiyə millisinin 22 yaşlı stoperi müvafiq olaraq 7,5 və 7 bal alıb.

"Merih rəqibin toplarının hamısını uzaqlaşdırdı. Hava mübarizəsindəki oyunu isə əla idi" - deyə "La Gazetta dello Sport" qeyd edib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən (0:0, 1:2) "Yuventus" finala vəsiqə qazanıb.


Etiketlər:  Yuventusun yaxşı oyunçusu Merih oldu


RƏYLƏR