Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda qaçaqmalçılıq halları kəskin artıb

Ermənistanda qaçaqmalçılıq halları kəskin artıb

Tarix: 10 Fevral 2021 18:50

Ermənistanda 2020-ci ildə görünməmiş sayda - 426 qaçaqmalçılıq cinayəti aşkar edilib.

Sonxeber.net azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla mübarizə şöbəsinin müdiri Vardan Vardanyan deyib.

Onun sözlərinə görə, bu göstərici 2018-ci illə müqayisədə 141%, 2019-cu ilə nisbətəndə isə 112% çoxdur.

Vardanyan əlavə edib ki, 296 hadisə üzrə cinayət işi başlanıb, idxal olunan malların gömrük işçilərindən gizlədilməsi faktı üzrə 130 inzibati iş açılıb.

Bundan əlavə, 2020-ci ildə avtomobillərin idxalı ilə əlaqəli inzibati xətalar iki dəfə artıb.

Onun sözlərinə görə, poçt vasitəsilə narkotik və psixotrop maddələrin idxalı da kəskin artıb (bütün halların 82% -i), quru sərhədindən idxal azalıb, bu da İran ərazisindən keçidlə bağlı məhdudiyyətlərlə izah olunur.

Narkotik vasitələrin 60% -i ABŞ-dan (145 hal), 22% -i Fransadan (55 halda) göndərilib. Meksikadan göndərilən 1000 blok LSD-narkotiki aşkarlanıb. Bu, say Ermənistan üçün rekord göstəricidir. 2020-ci ildə qanunsuz dövriyyədən 5,2 kq opioid, 6,1 kq metamfetamin, 2,9 kq ketamin, 3,1 kq marixuana, 1,6 kq heroin, 82 elektron siqaret, tərkibində narkotik olan 31,7 min həb və kapsul çıxarılıb.


Etiketlər:  Ermənistanda qaçaqmalçılıq halları kəskin artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ