Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 13:24
Xəbər verdiyimiz kimi, yanvarın 18-dən etibarən Azərbaycanda sərt karantin rejimi yumşaldılıb. İş yerlərinin açılmasından sonra ictimai nəqliyyatda sıxlıq müşahidə edilir.
Məlumdur ki, Bakı metrosu hələ də açılmayıb və onun nə zaman fəaliyyətə başlayacağı barədə rəsmi informasiya yoxdur. Ona görə də sərnişinlər ictimai nəqliyyatdan daha çox istifadə edirlər. Bu isə hər gün pik saatlarda avtobuslarda sıxlığın yaranmasına gətirib çıxarır.
Növbəti belə bir mənzərə 2 nömrəli avtobusda qeydə alınıb. Koronavirusa yoluxanların sayının azaldığı bu günlərdə müşahidə edilən bu cür sıxlıqlar statistikanın yenidən artacağını istisna etmir.
Sonxeber.net oxucular tərəfindən qafqazinfo-ya göndərilən videonu təqdim edir: