Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 21:12
2017-ci ildə Elon Mask Avstraliyada o dövr üçün 150 mvt gücündə akkumulyator quraşdırmışdı. Bu yaxınlarda Viktoriya ştatında 300 mvt gücündə akkumulyatorun yaradılması elan edilib. Lakin yeni iddialı layihə isə rekord 1,2 Qvt gücündə akkumulyator quraşdırmağı nəzərdə tutur.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "CEP Energy" şirkəti Avstraliyanın cənub-şərqindəki Yeni Uelsdə indiyədək insan tərəfindən hazırlanmış ən böyük akkumulyator quraşdırmağa hazırlaşır. Onun gücü rekord 1,2 qiqavat təşkil edəcək.
Nəhəng akkumulyator Kurri-Kurri şəhərinin yaxınlığında yerləşəcək. Məlumata görə, yeni obyekt 2023-cü ilədək istismara veriləcək: nəhəng akkumulyator blokları şəklində olan modullar tədricən qoşulacaq.