Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 21:56
Reddit Vy Capitalın rəhbərlik etdiyi E series investisiya turunda 250 milyon dollar sərmayə alıb. New York Times qəzetinə görə, Reddit aldığı yeni investisiyanı istifadəçi böyüməsini sürətləndirmək və işçi qüvvəsini iki qat artırmaq üçün istifadə edəcəyini açıqlayıb.
Reddit, istifadəçilərini Wall Street nəhənglərinə qarşı bir araya gətirən GameStop hadisəsi ilə son vaxtlar gündəmdədir. Beləki Reddit batan GameStop səhmlərinin dəyərini artırmağa kömək edib. Bu da sosial medianın yüksəlməsini bir daha sübut edib.