Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 09:30
Parlament partiyası olduğumuz üçün qanuna əsasən Respublikaçı Alternativə dövlət tərəfindən maliyyə ayrılmalıdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov şəxsi Feysbuk hesabında yazıb.
Partiya sədri bildirib ki, 2021-ci ildə partiyalara bütövlükdə 4 milyon manatın verilməsi nəzərdə tutulub:
"Onun 40%-i parlamentdəki 11 partiya arasında bərabər bölünür. Bildiyimə görə, partiyalardan biri bu vəsaitdən imtina edib. Deməli, 1 milyon 600 min manat 10 partiya arasında bölünəcək. Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq".