Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy yarımçıq dayandırıldı, qonaqlar cərimələndi

Toy yarımçıq dayandırıldı, qonaqlar cərimələndi

Tarix: 12 Fevral 2021 10:44

Bakı. Samir Əli - Trend:

Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.


Etiketlər:  Toy yarımçıq dayandırıldı qonaqlar cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ