Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 11:30
"Bavariya"nın hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ikinci yeri Meksikanın "Tiqres" komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. "Bavariya"nın müdafiəçisi Yozua Kimmix 3-cü olub.
Levandovski bu turnirdə 2 qol vurub, 1 qolun ötürməsini edib.
Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında ötən gün "Bavariya" Meksikanın "Tiqres" klubuna 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.