Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis əməkdaşlarının vaksinasiyası könüllülük əsasında həyata keçirilir - DİN-nin şöbə rəisi

Polis əməkdaşlarının vaksinasiyası könüllülük əsasında həyata keçirilir - DİN-nin şöbə rəisi

Tarix: 12 Fevral 2021 11:52

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi sistemində koronavirus infeksiyasına qarşı vaksinasiyaya start verilib.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin şöbə rəisi, polkovnik - leytenant Loğman Zeynalov deyib.

O bildirib ki, vaksinasiya prosesi Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalında, 1 və 2 saylı poliklinikalarında həyata keçirilir: "Fevralın 6-dan etibarən ilkin olaraq Daxili İşlər Nazirliyinin Bakı şəhərində xidmət aparan əməkdaşları vaksinasiyaya cəlb edilib. Bu vaxta qədər vaksinasiya olunan əməkdaşlar arasında hər hansısa fəsadlaşma halı baş verməyib. Vaksinasiya əsasən könüllülük əsasında həyata keçirilir. Müraciət edən əməkdaş əvvəlcə həkim yoxlanışından keçirilir, müayinələr aparılır, hər hansısa əks göstəriş halı olmasa, həmin şəxs vaksin olunur. əgər hər hansısa əməkdaşda əks göstəriş aşkarlanarsa, həmin şəxs vaksin olunmur. Bizdə vaksinasiya mütəşəkkil qaydada keçirilir, əməkdaş könüllü olaraq müraciət edir".

L. Zeynalov bildirib ki, vaksinasiya prosesi strategiyaya uyğun həyata keçirilir: "Əgər hansısa əməkdaş koronavirus infeksiyasına yoluxubsa, həmin şəxs vaksin olunmur".


Etiketlər:  Polis əməkdaşlarının vaksinasiyası könüllülük əsasında həyata keçirilir DİN nin şöbə rəisi


RƏYLƏR