Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələdə ayı arıçıya hücum etdi

Qəbələdə ayı arıçıya hücum etdi

Tarix: 12 Fevral 2021 19:36

Qəbələdə ayı arıçıya hücum çəkib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

Qəsəbə sakini Fərman Rəcəbov kənd  ərazisində arı pətəklərini düzərkən qəfildən  Qafqaz ayısının hücumuna məruz qalıb. F. Rəcəbov ayı ilə əlbəyaxa olub və çətinliklə onun pəncəsindən qurtula bilib.

Yaralı halda dərəyə aşan arıçı bir xeyli orada qaldıqdan sonra qardaşına zəng edib. Yaralı Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralıya sol ayağının, baş və qarın nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu qoyulub. Daha sonra o, müalicəsinin davam etdirmək üçün Bakı şəhərinədəki xəstəxanaların birinə göndərilib.


Etiketlər:  Qəbələdə ayı arıçıya hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ