Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbov uduzub, 3-cü yer uğrunda fransalı şahmatçı ilə oynayacaq

Teymur Rəcəbov uduzub, 3-cü yer uğrunda fransalı şahmatçı ilə oynayacaq

Tarix: 13 Fevral 2021 08:14

"Champions Chess Tour" çərçivəsində keçirilən "Opera Euro Rapid" turnirində yarımfinal mərhələsinin ikinci matçları keçirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın yeddinci günündə finalçılar müəyyənləşib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Fevralın 11-də keçirilən ilk matçda 1,5:2,5 hesabı ilə uduzan qrossmeysterimiz ikinci oyunda revanş almaq üçün mübarizə aparsa da, istəyini reallaşdıra bilməyib. İlk 2 görüşdə heç-heçə oynayan qrossmeysterimiz üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. Nəticədə 4-cü oyun keçirilməyib və qələbə qazanmaq şansını itirən Rəcəbov 3 matçın yekununa əsasən finala yüksələ bilməyib.

Məğlubiyyətə baxmayaraq, o, 3-cü yer uğrunda yarışacaq. Təmsilçimizin rəqibi digər yarımfinal cütündə Maqnus Karlsenə  (Norveç) uduzan Maksim Vaşye-Laqrav (Fransa) olacaq.

Çempion titulu uğrunda görüşdə isə Karlsen Sonu sınağa çəkəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda ilk matçlar fevralın 13-də keçiriləcək, turnirə ertəsi gün yekun vurulacaq.

"Opera Euro Rapid"
Yarımfinal, ikinci matç
12 fevral

20:00. Teymur Rəcəbov (Azərbaycan) - Uesli So (ABŞ) - 1:2 (0,5:0,5, 0,5:0,5, 0:1)

Milli.Az


Etiketlər:  Teymur Rəcəbov uduzub 3 yer uğrunda fransalı şahmatçı ilə oynayacaq


RƏYLƏR