Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 08:42
"L`Equipe" nəşri 20 yaşadək futbolçular arasında dünyanın ən yaxşı oyunçularının siyahısını açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, sıralamaya "Barselona"dan Ansu Fati başçılıq edir.
"Renn"dən Eduardo Kamavinqa ikinci, "Ayaks"dan Rayan Qravenberx isə 3-cü olub.
Ən yaxşı 20 gənc futbolçu:
1. Ansu Fati ("Barselona") - 2002-ci il təvəllüd
2. Eduardo Kamavinqa ("Renn") - 2002
3. Rayan Qravenberx ("Ayaks") - 2002
4. Pedri ("Barselona") - 2002
5. Covanni Reyna ("Borussiya" Dortmund) - 2002
6. Jüde Bellinqem ("Borussiya" Dortmund) - 2003
7. Yari Verşaeren ("Anderlext") - 2001
8. Mason Qrinvud ("Mançester Yunayted") - 2001
9. Bukayo Saka ("Arsenal") - 2001
10. Miron Boadu ("Alkmaar") - 2001
11. Florian Virts ("Bayer") - 2003
12. Nuno Mendeş ("Sportinq") - 2002
13. Hervi Elliott ("Liverpul") - 2002
14. Mohamed İhattaren (PSV) - 2002
15. Yussufa Mukoko ("Borussiya" Dortmund) - 2004
16. Josko Qvardiol ("Dinamo" Zaqreb) - 2002
17. Kurtis Cons ("Liverpul") - 2001
18. Tyaqo Almada ("Velez Sarsfild") - 2001
19. Yunus Musah ("Valensiya") - 2002
20. Noni Madueke (PSV) - 2002