Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dembele oynadıqca “Barselona” ziyana düşür - Qazanan “Borussiya”dır

Dembele oynadıqca “Barselona” ziyana düşür - Qazanan “Borussiya”dır

Tarix: 13 Fevral 2021 15:26

İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembele La Liqa təmsilçisini xərcə sala bilər.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, yarımmüdafiəçi bu gün "Alaves"ə qarşı keçiriləcək oyunda meydana çıxsa, ispaniyalılar Dortmund "Borussiya"sına daha 5 milyon avro ödəyəcək.

2017-ci ildə Almaniya klubundan transfer olunan fransalının "Barselona"da keçirdiyi hər 25 matç üçün bu qədər bonus ödənilməlidir. Bu dəfəki ödənişlə Dembelenin transfer xərci 135 milyona çatacaq.

Hərçənd 4 il öncə Usman üçün 105 milyon ödənilmişdi. Bonuslar hesabına bu rəqəm artmaqda davam edir. "Barselona"nın hər mövsüm Çempionlar Liqasına yüksəlməsi də Dembelenin hər 25-ci oyunu kimi 5 milyona başa gəlir. Əgər İspaniya nəhəngi iki dəfə Çempionlar Liqasının qalibi olsa, daha 10 milyon ödəməyə borcludur.


Etiketlər:  Dembele oynadıqca Barselona ziyana düşür Qazanan Borussiyadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ