Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 21:12
Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun mərkəzi qarşılaşması keçirilib.
Trend xəbər verir ki, XV turun ikinci matçında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəliblər.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:2.
Qeyd edək ki, “Neftçi”nin heyətində görüşün 22-ci dəqiqəsində Ömər Buludov, 74-cü dəqiqəsində isə Mamadu Kane meydandan qovulub. Ağdamlıların heyətində 72-ci dəqiqə Kevin Medina komandasını azlıqda qoyub.
Bu qələbə sayəsində "Neftçi" xalını 29-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qarabağ” isə 27 xalla ikinci yerdə qərarlaşıb.