Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərzaq mağazasında narkotik aşkarlanıb (FOTO)

Ərzaq mağazasında narkotik aşkarlanıb (FOTO)

Tarix: 15 Fevral 2021 13:12

Bakı. Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ərzaq dükanında narkotik saxlayan rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Elçin Qasımov narkotik vasitə qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı 3 kibrit qutusunda çəkisi 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Qasımova məxsus Lənkəran şəhəri ərazisində yerləşən ərzaq mağazasına keçirilən baxış zamanı oradan 70 ədəd kibrit qutusunda və 3 ədəd bağlamada ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma apaılır.

Ərzaq mağazasında narkotik aşkarlanıb (FOTO) - Gallery Image Ərzaq mağazasında narkotik aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Ərzaq mağazasında narkotik aşkarlanıb FOTO


RƏYLƏR