Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək

Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək

Tarix: 15 Fevral 2021 17:38

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan fevralın 17-də Moskvaya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Qeyd olunub ki, nazir qısamüddətli işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüş zamanı müzakirə olunacaq əsas məsələlər 2020-ci il 10 noyabr və 2021-ci il yanvar bəyanatlarının icrası, humanitar yardım və digər məsələlər olacaq.

Bundan başqa, ATƏT Minsk qrupu həmsədrlərinin xətti ilə iş planı nəzərdən keçiriləcək.


Etiketlər:  Rusiya Ermənistan XİN rəhbərləri görüşəcək


RƏYLƏR