Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Myanmada etirazlara ordu müdaxilə etdi - 4 yaralı

Myanmada etirazlara ordu müdaxilə etdi - 4 yaralı

Tarix: 15 Fevral 2021 20:06

Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyalarına ordunun müdaxiləsi nəticəsində 4 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, etirazçılar tərəfindən sosial mediada paylaşılan videolarda Myiçina şəhərindəki nümayişlər zamanı Myanma ordusunun nümayişçiləri plastik güllələrlə vurduğu görünür.

Etiraz qruplarının verdiyi açıqlamada ordunun müdaxiləsi nəticəsində 4 nəfərin yaralandığı və nümayişlərə qatılan 5 jurnalistin nəzarətə alındığı bildirilib.

1 fevral tarixində baş tutan hərbi çevriliş yolu ilə ordunun hakimiyyəti ələ keçirməsindən sonra bir qrup millət vəkili ortaq bir açıqlama verərək vətəndaşları "xunta hakimiyyəti"nə müqavimət göstərməyə çağırıb.

Keçmiş hakim partiyadan olan 15 millət vəkilinin "Myanmar Now" saytında yayımlanan yazılı açıqlamasında, "Hərbi rəhbərliyin fəaliyyəti vətəndaş hüquqlarını məhv etmək və demokratik keçid prosesini dayandırmaq məqsədi daşıyır",- deyə qeyd olunub.

Xatırladaq ki, 1 fevral səhəri 8 noyabr seçkilərində seçilən yeni parlamentin ilk iclasının açılmasından bir neçə saat əvvəl Myanmada hərbi çevriliş baş verib. Prezident və dövlət müşaviri daxil olmaqla bir sıra hökumət rəhbərləri həbs edilib. Ordunun hökuməti ələ keçirməsindən sonra ölkədə etirazlar başlayıb. Hərbi xunta aksiyaların təşkilinin qarşısını almaq üçün feysbuk, tvitter və instaqram kimi sosial şəbəkələrə məhdudiyyət qoyub.

Milli.Az


Etiketlər:  Myanmada etirazlara ordu müdaxilə etdi 4 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ