Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 16:30
Ali Baş Komandanın çox qısa müddət ərzində dəfələrlə işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsi həm daxili auditoriya üçün, həm beynəlxalq aləm üçün, həm də xüsusi olaraq Ermənistan üçün çox ciddi mesajdır.
Bunu Sonxeber.net-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.
Sədr müavini bildirib ki, gələcəkdə erməni əhalisi Azərbaycan vətəndaşlığını qəbul etsə daha yaxşı yaşayacaqlar:
"Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Onlar həm daxildə siyasi mövqelərini gücləndirirlər, keçmiş Qarabağ klanı o siyasi müxalifətə dəstək verir. Qarabağın işğal olunmasında əli olan, Azərbaycan xalqının qanına əli batmış hərbi rejimin üzvləri həmin siyasətçilərə dəstək verirlər ki, yenidən onlar siyasi hakimiyyəti ələ alsınlar və Qarabağda revanşist hərəkətlərinə başlasınlar. Onlar bu basqıları həm erməni lobbisi tərəfindən edirlər, həm daxili auditoriyada indiki Ermənistan hakimiyyətinə basqı edirlər. Prezidentin səfərinin məqsədlərndən biri düşünürəm ki, budur. Çünki bu, Prezidentin orada verdiyi mesajlardan aydın görünürdü. Eyni zamanda, beynəlxalq aləm üçün dövlət başçısı bizim orduda olan iqtisadi məsələlərdə necə yanaşmamızı göstərdi.
Prezident İlham Əliyev bu səfər çərçivəsində bir neçə su elektrik stansiyalarının təməlini qoydu, dəmiryolunun bərpası, kənd təsərüffatı layihələrinin başlanğıcı üçün ilkin müxtəlif mərasimlər keçirildi. Bu da beynəlxalq cəmiyyətə, beynəlxalq aləmə, bütün dünyaya onu göstərir ki, baxın görün ermənilər Dağlıq Qarabağ ərazisində hansı vandalizm hərəkətləri ediblər, işğal altında olan torpaqlarda yaşayan erməni əhalisi hansı səfalət içində yaşayırdı və bu da Azərbaycan dövlətinin yanaşmasıdır. İşğaldan azad olunmuş torpaqlarda çox güclü infrastruktur qurulacaq, orada iqtisadi layihələr genişləndiriləcək və gələcəkdə orada yaşayacaq əhali işğal altında olduğu dönəmdəkindən qat-qat yüksək səviyyədə yaşayacaqdır. Gələcəkdə erməni əhalisi də bunu özləri üçün seçəcək və Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan ərazisində yaşamaq istəyəcəklərsə, onlar da işğal altında olduğu dövürlərdən indi daha yaxşı yaşayacaqlar. Təbii ki, bu ermənilərin öz seçimidir. Əgər onlar Azərbaycan vətəndaşlığını seçəcəklərsə, əvvəlkindən qat-qat yaxşı yaşayacaqlar. Bu, dünyaya, beynəlxalq ictimaiyyətə mesaj idi".
A.Abdulkərimov deyib ki, yaxın gələcəkdə Xocalıda da, Xankəndində də Azərbaycan bayraqları dalğalanacaqdır:
"Bu çıxışı zamanı dövlət başçısı daxili auditoriyada bizim qələbəmizə kölgə salmaq istəyən qüvvələrə tutarlı cavab verdi. Çünki elə xüsusilə Laçın və Şuşanın işğal olunması həmin dövlərdə bəzi qrupların siyasi mübarizələri uğrunda apardıqları dönəmlərdə baş verdi. Həmin dövürdə hakimiyyətə gəlmək istəyən odövrkü güclər indi də qələbəmizə kölgə salmağa çalışan güclərdir. Yəni həmin AXC-Müsavat hakimiyyəti dövründə olan o qüvvələrdir ki, bu gün də çalışırlar ki, bu zəfərə kölgə salsınlar. Onlar bu qələbəni yarımçıq, natamam adlandırırlar. Və xüsusilə də Xankəndi, Xocalı üzərində manipulyasiyalar edirlər. Onu da demək istəyirəm ki, Xocalıda da, Xankəndində də Azərbaycan bayraqları dalğalanacaqdır və Azərbaycanın orda tam hüquqlu, suveren hüquqları bərpa olunacaqdır. Bu da Prezidentin daxili auditoriyaya cavabı idi. Azərbaycan xalqı, Azərbaycan Ordusu və Ali Baş Komandan birliyi torpaqlarımızı işğaldan azad edib və yaxın zamanlarda o bölgə nəinki Azərbaycanın, bütün regionun ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
1992-ci ildə Şuşanın, Laçının işğal altına düşməsinin səbəbkarları o dövrün siyasi hakimiyyətinə iddialı olan AXC Hərəkatı, ondan sonra hakimiyyətdə olmuş qüvvələr və indi də bu zəfərə kölgə salmağa çalışan qüvvələrdir".
Təhməz Əsədov