Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 16:42
Koronavirusdan qorunmaq üçün maska, sosial məsafə və təmizlik qaydalarına riayət etmək qədər sağlam qidalanaraq güclü immunitetə sahib olmaq da böyük əhəmiyyət daşıyır. Bütün bunlara baxmayaraq koronavirusa yoluxub sağalanlar "koronavirusa qalib gəldim" deyə düşünməyib sağaldıqdan sonra da sağlam qidalanmağa davam etməlidir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qidalanma və pəhriz üzrə məşhur mütəxəssiz Roksi Menase koronavirusdan sağaldıqdan sonra immuniteti artıran 10 qida və "COVID" neqativ olduqdan sonra belə diqqət edilməli olan 5 qayda barədə açıqlamalar verib.
Nar - mövsümi meyvələr arasında yüksək antioksidan tərkibinə sahib bir meyvədir. Tərkibindəki polifenollar sayəsində hüceyrə zədələnməsini azaldır. Bundan əlavə, xəstəlik prosesi zamanı meydana gələn iltihabı da azaltmağa kömək edir.
Narı yarıya bölüb salatlarınıza əlavə edə və ya günortadan sonra qəlyanaltı olaraq qatıqla yeyə bilərsiniz. Kimyaterapiya müalicəsi alırsınızsa, nar istehlak etmək sizin üçün zərərli ola bilər.
Sitrus meyvələri ailəsindən olan limon, portağal və naringi C vitamini ilə zəngin olduğundan mütləq istehlak edilməlidir.
Bu meyvələr sərbəst radikallarla mübarizə aparır və C vitamini və antioksidan tərkibi ilə immunitet sisteminizi gücləndirir. Bundan əlavə, sitrus meyvələrindəki hesperidin və apigenin kimi flavonoidlər beyin sağlamlığını qoruyur və nörodegenerativ xəstəliklərin qarşısını alır. Hər gün 1 limon və 1 portağal istehlak etsəniz, əlavə vitaminə ehtiyac olmadan gündəlik C vitamini ehtiyacınızı qarşılaya bilərsiniz.
Yumurta keyfiyyətli bir protein mənbəyi və birlikdə ehtiyacımız olan bütün amin turşularını ehtiva edən bir qidadır. Yumurta koronavirusa məruz qaldıqdan sonra hüceyrə zərərini bərpa etmək üçün artan protein ehtiyacınızı dəstəkləyəcək. Yumurta, həmçinin bədəninizdəki xeyirli xolesterolu artıraraq ürək sağlamlığınızı qoruyur. Yumurtaları səhər yeməyində qaynadılmış və ya omlet şəklində istehlak edə bilərsiniz.
Balıq keyfiyyətli protein mənbələrindən biri kimi güclü immunitet üçün gündəlik pəhrizinizə daxil edilməsi vacib olan bir qida olmaqla yanaşı yod, zülal və sağlam yağ tərkibi ilə bədəniniz üçün çox faydalıdır. Həftədə bir dəfə istehlak edəcəyiniz balıq insult və infarkt riskini azaldır. Ancaq burada mühüm bir məqam balığın bişirmə üsuludur. Qızartma prosesi balığın yağ tərkibini artırır və sağlam qida tərkibini azaldır. Balığı bişirərkən qaynama, qovurma və ya sobada bişirmə üsullarından istifadə edilməlidir.
Brokoli tünd yaşıl rəngi ilə bir vitamin deposu olduğunu göstərir. Tərkibindəki C vitamini, K vitamini və bioaktiv birləşmələri ilə immunitet sisteminizi gücləndirir və iltihabı azaltmağa kömək edir.
Kök tünd narıncı rəngini beta-karoten adlı immunitetiniz üçün çox faydalı bir antioksidantdan alır. Ancaq buna əlavə olaraq A vitamini, K vitamini və zəngin kalium tərkibi ilə qan axını tənzimləyir, qan təzyiqi problemi olan insanları müsbət təsir edir.
Zəncəfil gingerol adlanan güclü bir iltihabı azaldıcı birləşmə tərkibli çox sağlam bir qidadır. İmmunitet gücləndirici təsirindən əlavə ürək bulanmasına qarşı da çox faydalıdır. Bakteriya və viruslara qarşı antibiotik təsiri ilə xəstələnmə riskinizi azaldır.
Bal təbii olduğu təqdirdə, çox zəngin antioksidant tərkibli bir qidadır. Keyfiyyətli bal xəstəlik zamanı ortaya çıxan öskürək simptomlarını azaldır və yuxu rejimini yaxşılaşdırır.
"COVID-19"dan sonra hələ də öskürək əlamətləri varsa, gündə 1 çay qaşığı bal istehlak etməyə cəhd edə bilərsiniz.
Badam bol miqdarda E vitamini, maqnezium və lif tərkibinə malikdir. İçindəki sağlam yağlar, zərərli xolesterolu azaltmaqla ürək sağlamlığınızı dəstəkləyir, E vitamini kimi güclü antioksidantlar isə immunitet sisteminizi gücləndirir.
Su istehlakı həyatın hər mərhələsində olduğu kimi koronavirusla mübarizədə və sağaldıqdan sonra da çox vacibdir. Bədəninizin hərarət və infeksiya nəticəsində itirdiyi suyu bərpa etmək lazımdır. Buna görə bərpa mərhələsində suyun istehlak edilməsi çox vacibdir. Gündə ən az 8-10 stəkan su istehlak etməyiniz tövsiyə olunur.
Koronavirusdan sağaldıqdan sonra əməl edilməli olan 5 qayda
Hər rəngdən olan qidaları istehlak etməyə davam etmək.
Balanslı pəhriz saxlamaq.
Kifayət miqdarda protein istehlak etmək.
Bol su qəbul etmək.
Şəkərli, qazlı içkilərdən və qablaşdırılmış hazır qidalardan çəkinmək.