Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hakimlər Neymar, Messi, Ronaldu kimi futbolçuları qorumalıdır"

Tarix: 16 Fevral 2021 17:18

"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 finalında PSJ-yə qarşı keçirəcəkləri matçdan əvvəl Paris təmsilçisinin futbolçusu Neymarın zədəli olmasından danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Fransa kubokunun 1/32 finalında "Kan"la görüşdə (1:0) zədələnən braziliyalı hücumçu ilə bağlı bunları deyib:

"Neymar, Messi, Ronaldu kimi oyunçuları qorumalıyıq. Çünki onlar bizə sevinc bəxş edirlər. Hakimlər də onları qorumalıdır. Amma futbolda təmaslar olur. Ən yaxşı matçlar zamanı ən yaxşı futbolçuların hamısı meydanda olmalıdır. PSJ-nin onsuz necə oynayacağı bəlli deyil. Hər iki komandanın ciddi itkiləri var. Ümid edirəm ki, hər kəs iki həftədə oynaya biləcək".

Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - PSJ görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq. Neymar zədə səbəbindən bu oyunu buraxacaq.

Milli.Az


Etiketlər:  Hakimlər Neymar Messi Ronaldu kimi futbolçuları qorumalıdır


RƏYLƏR