Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP İtaliyaya digər mənbələrdən qaz tədarükü həcmlərində dəyişikliklərə səbəb ola bilər - ''Qazprom''

TAP İtaliyaya digər mənbələrdən qaz tədarükü həcmlərində dəyişikliklərə səbəb ola bilər - ''Qazprom''

Tarix: 16 Fevral 2021 20:56

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Trans-Adriatik boru kəməri (TAP) ilə qaz tədarükü İtaliyaya digər mənbələrdən tədarük olunan qaz həcmlərində dəyişikliklərə səbəb ola bilər.

Trend-in məlumatına görə, bu barədə "Qazprom" şirkətinin rüblük hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, 2018-ci ilin üçüncü rübündə Azərbaycandan Türkiyənin qərbinə TANAP vasitəsilə tədarük başlayıb:

"2020-ci ilin üçüncü rübündə layihənin gücü TAP vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya qaz nəqli məqsədilə ildə 16 milyard kubmetrə çatdırılıb. "Cənub Qaz Dəhlizi" adını almış qaz tədarükü marşrutu Azərbaycandan İtaliyaya kommersiya tədarükünü 2020-ci il dekabrın 31-də başlayıb. TAP bu ilin ilk iki rübü ərzində ildə 8 milyard kubmetr buraxılış gücünə çatdıqca İtaliyaya digər mənbələrdən qaz tədarükünü həcmlərində dəyişikliklər qeydə alına bilər".


Etiketlər:  İtaliyaya digər mənbələrdən tədarükü həcmlərində dəyişikliklərə səbəb bilər Qazprom


RƏYLƏR