Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib

Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib

Tarix: 23 Iyul 2019 10:40

Bakı. Trend:

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ