Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 13:44
2021-ci ilin yanvar ayında Azərbaycanda cəmi 96 avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, 2020-ci ilin eyni ayı ilə müqayisədə ölkədə minik avtomobillərinin istehsalı 50% azalıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə ölkədə minik avtomobillərinin istehsalı 3,2 dəfə azalıb. Fevralın 1-nə hazır məhsul ehtiyatı 213 avtomobil təşkil edib.
Traktorlara gəldikdə, dekabrda və yanvarda Azərbaycanda traktor istehsal olunmayıb və fevralın 1-nə 98 vahid hazır məhsul ehtiyatı qalıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 ədəd təşkil edib. Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır.
Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam etmişdir.