Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Coca-Cola butulkasını dəyişdirir

Coca-Cola butulkasını dəyişdirir

Tarix: 18 Fevral 2021 19:44

Dünyanın ən məşhur və yaşlı qazlı içki şirkəti olan Coca-Cola plastik qablaşıdrmadan imtina edərək kağız qablaşdırma istifadə etmək qərarına gəlib.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, hal-hazırda yeni qablaşdırma üzərində işlər gedir. Prototip olaraq bir Danimarka şirkətinin hazırladığı nümunə də test mərhələsindədir. Şirkət elə bir kağız qablaşdırma axtarır ki, o nə içkinin dadına təsir etsin, nə də təzyiq altında yararsız hala düşsün.

2030-cu ildə tamamilə zərərsiz qablaşdırmaya keçməyi hədəfləyən şirkət keçən il dünyanın bir nömrəli plastik kirləndiricisi olmuşdu.


Etiketlər:  Coca Cola butulkasını dəyişdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ