Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 23:12
Quraşdırılan həllər və şəbəkə avadanlığı istehsalçısı olan "AAEON" şirkəti "PICO-TGU4" adlı yığcam kompüter təqdim edib. Yığcam ölçüsünə baxmayaraq, yenilik 11-ci nəsil "Intel Core" prosessoruna, 32 QB-dək əməli yaddaşa və geniş interfeys dəstəyinə malikdir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, modifikasiyadan asılı olaraq model 11-ci nəsil "Intel Core i7", "i5", "i3" və "Celeron" prosessorları ilə sifariş edilə bilər. İstehsalçının saytında çiplərin dəqiq modelləri hələ ki göstərilməyib, amma prosessorun maksimal takt tezliyinin 4,8 QHs olacağı məlumdur.
Kompüterin 100x72 mm ölçüsündə olan sistem lövhəsi 32 QB-dək "LPDDR4X" (4267 MHs-dək) standartlı əməli yaddaşı dəstəkləyir. Kompüterə M.2 konnektoruna malik iki sərtgövdəli daşıyıcı qoşmaq mümkündür. 2 ədəd "Ethernet" port (1 Qbit/s 2,5 Qbit/s) əlçatandır.
"PICO-TGU4" yığcam kompüterinin interfeyslər dəstinə, həmçinin 2 ədəd "USB 3.2 Gen2 Type-A" konnektoru, 1 ədəd "HDMI" və 1 ədəd "DisplayPort" daxildir.
Yenilik böyük ehtimalla "Windows 10" və "Linux" əməliyyat sistemlərinin idarəetməsi altında işləyəcək.