Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 17:44
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağda silah ticarəti ilə məşğul olan şəxsi saxlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Ermənistan MTX Qarabağ müharibəsi dövründə növbəti dəfə qanunsuz silah əldə edilməsi, saxlanılması və ticarətini üzə çıxarıb.
İstintaq saxlanılan şəxsin Cəbrayıl rayonunda döyüş əməliyyatında iştirak etdiyi zaman qanunsuz olaraq 45 avtomat, güllələrlə dolu 8 tapança darağı, ov silahları və ona aid patronlar, qumbaralar əldə etdiyini müəyyən edib.
Həmin şəxs əldə etdiyi bütün silah-sursatı Syünik vilayətinin Tex kəndinə gətirərək öz tanışıgildə gizlədib. Müəyyən olunub ki, o, silah-sursatların bir hissəsini satmaq niyyətində olub. Hüquq-mühafizə orqanları onu da müəyyən edib ki. rəis müavini iki "Kalaşnikov" avtomatını öz tanışlarına sata bilib.