Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 18:36
"Tottenhem"in futbolçusu Son Hın Min komanda yoldaşı Qaret Beyli tərifləyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu uelsli oyunçunun Avropa Liqasının 1/16 finalında "Volfsberq"lə matçdakı çıxışından da danışıb:
"Bale ilə həqiqətən də yaxın münasibətim var. Onun oynadığına görə sevindim. Həm də bu gün qol vura bildi və komandaya kömək etdi. Onunla eyni komandada oynamaqdan zövq alıram".
Qeyd edək ki, sözügedən oyun London təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.