Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öskürdüyü üçün həbs cəzası verildi

Öskürdüyü üçün həbs cəzası verildi

Tarix: 19 Fevral 2021 21:26

Danimarka Ali Məhkəməsi 2 polis məmurunun yanında öskürdüyünə görə vətəndaşa 4 ay həbs cəzası verib.

Sonxeber.net bildirir ki, hadisə koronavirus pandemiyasına qarşı karantin tədbirlərinin sərtləşdirilməsi dövründə qeydə alınıb.

Mühakimə edilən vətəndaş COVID-19 xəstəsi olmadığı ortaya çıxdıqdan sonra əvvəlcə yerli məhkəmədə bəraət alıb. Daha sonra Qərbi Danimarka Ali Məhkəməsi tərəfindən mühakimə olunub. Ali Məhkəməyə verilən müraciətdə prokurorluq 3 aydan 5 aya qədər həbs cəzası istəyib.

Ötən ildən bəri Danimarkada koronavirus böhranından sonra xalqın hökumətə olan inamının azalmasını əks etdirən digər oxşar hadisələr tez-tez olur. Bənzər hadisələr İngiltərə, ABŞ və Kanadada da qeydə alınır.

İngiltərə və Uels polis qüvvələri ötən ilin aprel ayında məmurların üzünə həftədə 200 tüpürmə və ya öskürək hadisəsi olduğunu qeydə alıb. (publika.az)


Etiketlər:  Öskürdüyü üçün həbs cəzası verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ