Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada peyvəndləri sınaqdan keçirmək üçün könüllülər virusa yoluxdurulacaq

Böyük Britaniyada peyvəndləri sınaqdan keçirmək üçün könüllülər virusa yoluxdurulacaq

Tarix: 19 Fevral 2021 22:00

Böyük Britaniyadakı tibbi sınaqlarda COVID-19 xəstəliyinə qarşı istifadə olunan dərman və peyvəndləri sınamaq üçün gənc könüllülər virusa yoluxdurulacaq. Britaniya belə bir sınağı keçirən ilk ölkə olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, virusun ötürülməsi üçün təsdiqlənən 18-30 yaş arası 90 könüllünün iştirak etdiyi araşdırma yaxın həftələrdə başlayacaq.

Tədqiqatçılar koronavirusun hansı dərəcədə infeksiyaya səbəb olduğunu və immunitet sisteminin necə cavab verəcəyini araşdıracaqlar. Beləliklə həkimlər COVID-19 xəstəliyi haqqında daha çox məlumat əldə edəcək və bu məlumatlar xəstəliyə qarşı peyvəndlərin və müalicələrin inkişafında istifadə ediləcək.

Tədqiqatlara Britaniya hökumətinin Peyvənd Əməliyyat Qrupu, İmperial Kollec Universiteti, Royal Free Xəstəxanası və virus ötürmə modelləri hazırlayan (hVIVO) şirkət rəhbərlik edəcək.

Bu metod əvvəllər malyariya, vəba və qrip kimi xəstəliklərə qarşı müalicəni inkişaf etdirmək üçün istifadə edilib.

Milli.Az


Etiketlər:  Böyük Britaniyada peyvəndləri sınaqdan keçirmək üçün könüllülər virusa yoluxdurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ