Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 22:26
"Yuventus"un oyunçusu Kriştiano Ronaldo futboldan kənarda da yüksək məbləğdə pullar qazanır.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, sosial mediada ən çox izləyicisi olan portuqaliyalı hücumçunun "İnstaqram"dakı bir paylaşımının qiyməti təqribən 1 milyon 250 min dollardır.
Qeyd edək ki, 36 yaşlı oyunçunun sosial media hesablarında 500 milyon ("İnstaqram"da 261 milyon, "Feysbuk"da 148 milyon, "Tvitter"də 91 milyon) izləyicisi var.