Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistan süni intellekt texnologiyasının vergi sisteminə tətbiqinə hazırlaşır

Özbəkistan süni intellekt texnologiyasının vergi sisteminə tətbiqinə hazırlaşır

Tarix: 19 Fevral 2021 22:58

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Süni intellekt texnologiyalarının tətbiqinin sürətləndirilməsinə dair" Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Rəqəmsal Özbəkistan -2030" strategiyasının həyata keçirilməsi çərçivəsində ölkədə süni intellekt texnologiyalarının tətbiqi və kütləvi şəkildə istifadəsinin sürətləndirilməsi, eləcə də rəqəmsal məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə 2021-2022-ci illərdə süni intellekt texnologiyalarının araşdırılmasına və tətbiqinə yönəldilmiş tədbirlər planı qəbul ediləcək. Tədbirlər planına görə, ölkədə 2021-ci il dekabrın 1-dək süni intellekt texnologiyasının inkişaf strategiyası hazırlanacaq, dövlət idarəçiliyi, sosial və iqtisadi sahələrdə süni intellekt texnologiyasından istifadə üçün araşdırmalar aparılacaq. Plan çərçivəsində 2021-2022-ci illərdə ölkənin kənd təsərrüfatı, bankçılıq, maliyyə, vergi, nəqliyyat, enerji, səhiyyə, əczaçılıq və rəqəmsal hökumət sektorlarında süni intellektin tətbiqi ilə bağlı pilot layihələr həyata keçiriləcək.


Etiketlər:  Özbəkistan süni intellekt texnologiyasının vergi sisteminə tətbiqinə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ