Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiyada koronavirus testindən imtina edənlər həbslə cəzalandırıla bilər

Finlandiyada koronavirus testindən imtina edənlər həbslə cəzalandırıla bilər

Tarix: 20 Fevral 2021 08:54

Finlandiya hökuməti koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində qanunvericiliyi sərtləşdirməyi planlaşdırır.

Belə ki, testdən imtina edənləri pul cəzası və ya üç aya qədər azadlıqdan məhrumetmə gözləyə bilər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, müvafiq qanun layihəsi Sosial Rifah və Səhiyyə Nazirliyi tərəfindən cümə günü Parlamentə təqdim edilib.

"Məsələn, COVID-19 epidemiyası zamanı regional dövlət qurumu hava limanında məcburi tibbi müayinəyə qərar verə bilər. Kimsə məcburi tibbi müayinədən keçməyi rədd edərsə, cərimə və ya üç aya qədər həbs oluna bilər", - layihədə deyilir.

Qanun layihəsinin Parlament tərəfindən qəbul edilməsi, prezident tərəfindən təsdiqlənməsi və fevralın 22-də qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, ölkədə 52 mindən artıq koronavirusa yoluxma qeydə alınıb.


Etiketlər:  Finlandiyada koronavirus testindən imtina edənlər həbslə cəzalandırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ