Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 22:36
"Ürək-damar sistemi üçün ən zərərli qidalar fəstfud və yarıfabrikat məhsullardır".
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, bunu diyetoloq və qastroenteroloq Nuria Dianova "Zvezda" kanalına müsahibəsində bildirib.
Həkim bildirib ki, fəstfud çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da o qədər də faydalı deyil.
"Bu qidalar kökəlməyə səbəb olmaqla yanaşı, onların tərkibində ürək-damar sisteminin əsas düşməni olan çoxlu trans-yağlar var. Trans-yağlar qan damarlarında daralma, tıxanma, qan axınında problemlər yaradır. Qan damarlarının divarlarının zəifləməsi insult və infarkta səbəb ola bilər".