Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 16:12
TikTok sosial şəbəkəsinin Psychologee ayamalı istifadəçisi video paylaşaraq cəmi beş dəqiqə ərzində yuxuya getməyin sirrini açıqlayıb.
"Bir-birilə heç bir əlaqəsi olmayan əşyaları fikrinizdə sadalamağa başlayın", - qız deyib.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun sözlərinə görə, ağlınızdakı əşyalar nə qədər çox təsadüfi olsa, bir o qədər yaxşıdır. O qeyd edib ki, bu üsul ona yuxusuzluğun öhdəsindən gəlməyə yardım edib. Profilində diplomlu psixoloq olduğu qeyd olunan video müəllifi deyib ki, bu üsulu o özü də bir psixologiya müəllimindən öyrənib.
Videoya iki gün ərzində yarım milyon istifadəçi baxıb.