Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Misirli mütəxəssis burundan daxil edilən peyvənd hazırlayıb

Misirli mütəxəssis burundan daxil edilən peyvənd hazırlayıb

Tarix: 21 Fevral 2021 20:12

Mütəxəsislər peyvənd hazırlanmasında döl halına gəlmiş yumurtadan və gen mühəndisliyindən istifadə edib. Peyvən burundan daxil edilməsi və qiyməti digər peyvəndlərə nisbətən minimal olması ilə seçilir. Bu barədə Lankaster Universitetindən olan misirli viroloq Məhəmməd Rəhim bildirib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, misirli viroloq gen mühəndisliyinin və "Nyukasl" quş virusunun istifadəsinin tamamilə təhlükəsiz olduğunu söyləyir, çünki bu virus bir çox xərçəng müalicəsində istifadə edilmişdir. "Biz yeni koronavirus növünə qarşı anticism istehsal etmək üçün, insan immun sistemini stimullaşdıracaq antigen yaratmaq üzərində işləyirik. Bu virusun bir hissəsini "Nyukasl" virusuna əlavə etdik və daha sonra onu döl əmələ gəlmiş yumurtalara daxil etdik. Çoxalma prosesi başa çatdıqdan sonra, alınan anticismləri burun hissəsindən daxil etmək üçün toplayırq", - deyə doktor Məhəmməd Rahim bildirib.

Misirli viroloq koronavirusun əvvəlcə yuxarı tənəffüs yollarına hücum etdiyini və bir neçə gündən sonra alt tənəffüs yollarına doğru hərəkət etdiyini deyir və bu səbəbdən peyvəndin burundan daxil edilməsinin virusa qarşı ən yaxşı vasitə olduğunu söyləyir.

Milli.Az


Etiketlər:  Misirli mütəxəssis burundan daxil edilən peyvənd hazırlayıb


RƏYLƏR