Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 13:48
Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 11.1.2.1-1-ci, 11.1.3.3-1-ci və 11.1.4.3-1-ci maddələr əlavə edilir:
"11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;";
"11.1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;";
"11.1.4.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri;".