Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq

“Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq

Tarix: 22 Fevral 2021 17:42

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə" sərəncam imzalayıb.

Sonxeber.net bildirir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Minatəmizləmə Agentliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilməsini təmin edib, onun nizamnamə fondunda nəzərə alınması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Minatəmizləmə Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, beynəlxalq təcrübə nəzərə alınaraq "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Etiketlər:  Minatəmizləmə fəaliyyəti haqqında qanun hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ